XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 17:49

FHN:Abşeronda sexdə partlayış olub, yaralılar var

Abşeronda sexdə partlayış olub.

Strateq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib. Belə ki, sexdə yanğınla nəticələn partlayış olub.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar da var.