XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2020 - 14:16

Saatlıda koronavirus xəstəsinə cinayət işi açıldı –Yaşadığı evi qanunsuz tərk etdiyi üçün

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini olan K.Sadıqovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsinin davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.