XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2020 - 18:30

Yaşayış yerini özbaşına tərk edən daha 3 COVİD-19 xəstəsinə xəbərdarlıq olunub –Açıqlama

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyənləşib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Strateq.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Sərhədabad kənd sakini E.Qədirov, Zopun kənd sakini N.Nəsirov və Privolnoye kənd sakini A.Nuriyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar aşkar edilərək yaşadıqları ünvanlara qaytarılıblar.

COVID-19 infeksiyasının daşıyıcısı olan hər üç şəxslə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq ediliblər.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.