XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 09:09

Bakıda saxta dollar satanlartutulub

saxta dollar

 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakı şəhər sakinləri Nahid Nağıyevin və  Fəzail Cəlilovun saxta ABŞ dollarını dövriyəyə buraxmasının qarşısını alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 10 000 saxta ABŞ dollarını 3 000 dollara satmaq istəyən zaman yaxalanıb. Saxlanılan şəxslər ifadələri zamanı saxta pul əskinaslarını xarici dövlətlərdən birində əldə etdikdən sonra Azərbaycana gətirdiklərini bildirib.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən xarici valyutanın müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əskinaslarından çətinliklə seçilir.

Qeyd edilən faktla bağlı cinayət işi başlanıb.