XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2020 - 17:57

Yaşadığı evi qanunsuz tərk edən iki COVID-19 xəstəsinə cinayət işi açıldı –İmişlidə

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 nəfər rayon sakini – E.Qəhrəmanov və P.Hüseynov koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldqıları müvafiq ünvanlara aparılıb.

İmişli RPŞ-nin İstintaq Bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.