XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

24 May 2015 - 07:27

Deputatlığa namizəd bıçaqlandı

AKP-dən deputatlığa namizəd bıçaqlandı

Türkiyədə deputatlığa namizəd bıçaqlanıb. Musavat.com-un məlumatına görə, AKP-nin Adanadan 12-ci sıra millət vəkili namizədi Ramazan Dəmir seçkilərə hazırlaşdığı Aladağ rayonunda bıçaqlı hücuma məruz qalıb.

Hadisə dünən axşam saatlarında baş verib. İki naməlum bıçaqlı şəxs R.Dəmirə hücum edib.
Bıçaqlanan R.Dəmir dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilib. Hadisəni törədən şəxslərin axtarışları davam edir.