XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 14:16

Bakıda silahlı dəstə zərərsizləşdirildi –Təfərrüat

DİN-1

Bakıda üzərində narkotik vasitələr və odlu silah olan silahlı dəstə aşkar edilib.

Strateq.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadın xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Bakı şəhər sakini Ləman Heydərovaya hədə-qorxu gəlib 200 manatını alan həmyerliləri, əvvəllər məhkum olunan Pərvin Osmanov, Elvin Tağıyev və Rəhman Abbasov tutulublar. P.Osmanovdan 1,62 qram tiryək, E.Tağıyevdən isə 6,3 qram marixuana götürülüb.

P.Osmanovun evinə baxış zamanı 2,291 qram tiryək, nömrəsi silinən və qundağı kəsilmiş “TOZ-63” markalı tüfəng, E.Tağıyevin evinə baxış zamanı isə 30,2 qram marixuana aşkar edilərək götürülüb.