XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 13:02

Zəngilanda yük maşını körpüdən aşıb –Sürücü ölüb

Zəngilan rayonunda yol qəzası baş verib.

Strateq.az DİN-ə istinadla xəbər verir ki, dekabrın 2-i saat 12 radələrində Zəngilan rayonu ərazisində İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.