XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Mart 2016 - 15:24

Bakıda həbsxananın həyətinə2 bağlama atılıb - FOTO

mob tel

Martın 30-da saat 06:20 və 08.00 radələrində 7 saylı cəzaçəkmə müəssisəsinin ərazisinə kənardan iki ədəd bağlama atılıb.

Bu barədə report.az-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin Baş idarəsinin əməliyyat-rejim aparatının əməkdaşları əşyaların aşkar olunduğu və atılması ehtimal edilən müəssisəyə yaxın ərazilərə baxış keçirərək, həmin bağlamaların içərisindən işlək vəziyyətdə iki ədəd “Nokia” markalı mobil telefon aparatı olduğunu müəyyən ediblər.

Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.