XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 16:25

Ötən gün yaşayış yerini tərk edən 16 nəfər koronavirus xəstəsi saxlanılıb- DİN

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 7-də 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, onlardan 13 nəfəri evlərinə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Həmin şəxslərdən 13-ü barəsində müvafiq polis rayon idarə şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.