XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 22:47

İranda nüvə aliminin qətli… –Şübhəli bilinənlər saxlanılıb

İranın nüvə fizikası üzrə ailmi, müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

Bu barədə İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Hüseyn Əmir Abdullahian yerli telekanala bildirib.

“Bu qətlin icrasında iştirak edənlərin bəzilərinin kimliyi müəyyənləşdirilib və hətta təhlükəsizlik xidmətimiz tərəfindən saxlanılıb, ədalət mühakiməsindən qaça bilməyəcəklər”, – o “Al Alam” telekanalına deyib.

Daha əvvəl İranın xüsusi xidmət orqanları nüvə fizikası üzrə ailm Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən 4 nəfərin fotosunu bütün mehmanxanalara paylayıb. Xüsusi xidmət orqanlarından mehmanxana sahiblərinə bildiriblər ki, oteldə gördükləri halda həmin şəxsləri mehmanxanaya yerləşdirib, onlara məlumat versinlər.

Qeyd edək ki, İranın nüvə fiziklərindən olan M.Fəxrizadə noyabrın 27-də qətlə yetrilib/Report