XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 18:17

Beyləqanda COVID-19 xəstəsi saxlanılıb –Müalicə aldığı ünvanı qanunsuz tərk etdiyi üçün

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxan və ev şəraitində müalicə təyin edilən rayon sakini Bəhruz Babayev karantin qaydalarına zidd davranaraq şəhər ərazisində olduğu zaman müəyyən edilərək saxlanılıb.

B.Babayev polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana geri qaytarılıb. Həmin şəxslə profililaktiki səpkidə söhbətlər aparılıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.