XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 00:12

“Neftçi”nin sabiq futbolçusu İspaniyadan ekstradisiya edildi –Veteran futbolçunu 10 ilədək həbs gözləyir

“Dinamo” idman cəmiyyətinin Moskva şöbəsinin keçmiş birinci müavini Vladimir Mixalevski İspaniyadan Rusiyaya ekstradisiya edilib.

Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Veteran futbolçu böyük miqdarda əmlakın mənimsənilməsində günahlandırılır. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü bəndinə əsasən, bu norma üzrə maksimum cəza 10 ilədək həbsdir.

İstintaq şöbəsi onun idman cəmiyyətinə 21 milyon rubldan çox ziyan vurduğunu iddia edir. Amma cinayətin törədildiyi vaxt bildirilmir. Mixalevskinin günahını qəbul edib-etmədiyi də hələ dəqiqləşdirilməyib.

2019-cu ilin dekabrında axtarışa verilmiş keçmiş müdafiəçi İspaniyada ələ keçirilib. 2020-ci ilin oktyabrında İspaniya tərəfi Rusiya Baş Prokurorluğunun ekstradisiya tələbini təmin edib.

Mixalevski yaxın vaxtlarda Federal Penitensiar Xidmətin və İnterpolun Rusiya Bürosunun əməkdaşlarının müşayiəti ilə Moskvaya gətiəcələk.

Qeyd edək ki, Vladimir Mixalevski futbolçu karyerası ərzində Ukraynanın “SK Odessa”, həmçinin Azərbaycanın “Neftçi” və “Gənclik” komandalarının formasını geyinib. “Ağ-qaralar”ın heyətində SSRİ çempionatında 185 oyun keçirmiş veteran müdafiəçi 4 qol vurub/Report.