XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 00:32

Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə qəza olub, ölənlər var –FOTOLAR

Dağlıq Qarabağda rus sülhməramlılarının avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilir ki, avtoqəza Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də qeydə alınıb. Məlumata görə, “Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus “Ural” markalı avtomobillə toqquşub. Nəticədə “Suzuki”nin sürücüsü və sərnişini hadisə yerində ölüb. Onların şəxsiyyətləri araşdırılır.

Yol qəzasının əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi deyilir. Bölgədə qatı duman, yağış və qar yolları görünməz edib/APA.