XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 13:45

Yaşayış yerini tərk edən koronavirus xəstəsi olan qadına cinayət işi açılıb –Hacıqabulda

Hacıqabulda yaşayış yerini tərk edən koronavirus xəstəsi olan qadın barəsində cinayət işi açılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsinə testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş şəhər sakini, Qasımova Məleykə Hasanbek qızı yaşadığı A.Abdullayev küçəsi, 81 ünvanını özbaşına tərk edərək aptek və şəhər bazarında olub. Bu zaman adıçəkilən şəxs epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyub. Toplanılan materiallar əsasında M.Qasımova barəsində cinayət məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi açılıb.

Digər tədbirlər çərçivəsində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları ilə Hacıqabul rayon mərkəzi xəstəxanasının həkim briqadası ilə birgə reydlər zamanı COVID-19 virusuna yoluxan Hacıqabul rayon Kolanı kənd sakini, 1979-cu il təvəllüdlü İsmaylov Əli Nədirağa oğlu yaşadığı ünvanda aşkar edilməyib. Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları ilə Hacıqabul rayon mərkəzi xəstəxanasının həkim briqadası yaşadığı ünvanı tərk edən həmin şəxsi tibbi prosedurlar gözlənilməklə evlərinə qaytarıb və onunla profilaktik söhbət aparılıb.

Həmin şəxs barəsində Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.