XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 13:37

DİN:"Daha 28 nəfər COVID-19 xəstəsinə cinayət işi açılıb"

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Strateq.az DİN-ə istinadla xəbər verir ki, dekabrın 16-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb: “Onlardan 42 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar, 5 nəfərin xəstəxanaya yerləşdirilməsi təmin edilib. 28 nəfər barəsində cinayət qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanılıb.

Hazırda Respublikanın rayon və şəhər polis idarəslərində fakt üzrə başlanılan cinayət işləri davam etdirilir”.