XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 May 2015 - 08:10

Bakıda yeni pul qazanma üsulu – özünü maşının altına atdı [Video]

Hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının ədliyyə müşaviri Xanlar Ələkbərova qarşı təxribat törədilib.

Strateq.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün facebook hesabında video paylaşıb və qeyd yazıb. X.Ələkbərov Binəqədi rayonunda öz evindən çıxıb gedərkən döngədə qarşısına bir nəfər çıxıb. Həmin şəxs özünü maşına çırparaq qışqırmağa başlayıb.

X.Ələkbərovun sözlərinə görə, hadisədən dərhal sonra Binəqədi bələdiyyəsinin və rayon polis idarəsinin əməkdaşları gəlib və ona adam vurduğunu sübut etməyə çalışıblar: “Mənə bilərəkdən adam vurduğumu, ona xəsarət yetirdiyimi dedilər. Baş verən qayda pozuntusu ilə əlaqədar məndən açıqlama istədilər. Amma onlar avtomobilimdə quraşdırılmış videoqeydiyyatçını nəzərə almamışdılar. Bu, son ildə bu mənə qarşı yalançı ittiham irəli sürmək üçün artıq neçənci cəhddir”.

Xanlar Ələkbərov hadisə ilə əlaqədar Azərbaycandakı RF səfirliyinə və Baş Prokurorluğa müraciət edib.