XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 16:03

Bakı və Abşeronda 5054 ədəd partlayıcı oyuncaq, pirotexniki məmulat aşkarlanıb

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Abşeron, Nərimanov, Xəzər və Suraxanı rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ümumilikdə 5054 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.