XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 21:07

Bakı sakini saxta pul və narkotiklə tutulub –FOTO

Bakı sakinindən saxta pul və narkotik götürülüb.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nurlan Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 ədəd 100 manat, 1 ədəd 20 manat, 1 ədəd 5 manat saxta əsginas, həmçinin, 2,6 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs üzərində aşkarlanan saxta pulu tanımadığı şəxsə narkotik vasitə satarkən əldə etdiyini bildirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb/APA.