XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 23:12

Pelosinin noutbukunu oğurlamaqda şübhəli bilinən qadın həbs edilib –FOTO

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin noutbukunu oğurlamaqda şübhəli bilinən qadın həbs edilib.

Məlumatı “Hill” qəzeti yayıb.

ABŞ-ın Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Rayli Cun Uilyams adlı qadın yanvarın 6-da Kapitolidəki iğtişaşlar zamanı Nensi Pelosinin noutbukunu oğurlamaqda və onu dostu vasitəsilə Rusiya kəşfiyyatına satmağa cəhd göstərməkdə şübhəli bilinir.

Rayli Cu Uilyams ABŞ Konqresinin ərazisinə müdaxilə etməkdə və Kapitolidə qanunazidd fəaliyyət göstərməkdə ittiham olunur/Report.