XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 11:43

Ötən il Azərbaycanda neçə COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb?- Rəqəmlər

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, 2020-ci ildə karantin rejimini pozamaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 689 aktiv COVID-19 xəstəsi saxlanılıb.

Qeyd edilib ki, ictimai yerlərdə hərəkət edən aktiv COVID-19 xəstələri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 674 cinayət işi başlanılıb.