XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

26 May 2015 - 06:06

Bakıda sərnişin avtobusu yandı – FOTO, VİDEO

Bakıda sərnişin avtobusu yanıb.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə “Şamaxinki” adlanan ərazidə qeydə alınıb.

Avtobus Bakı Beynəlxalq Avtovağzalından “Şamaxinki” ərazisinə işləyib. Bu gün səhər saatlarında 135 saylı, “MAN” markalı sərnişin avtobusu adıçəkilən ərazidə qəzaya uğrayıb. Nəticədə avtobus tüstülənib və yanıb”, – deyə Vüqar İbrahimli bildirib.

Xoşbəxtlikdə hadisə zamanı heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırmalar aparılır.