XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 12:00

​Beyləqanda mədəniyyət klubunun əməkdaşı qətlə yetirilib

qetl

Beyləqan rayonunda qətl hadisəsi olub. Strateq.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Beyləqan rayonunun İmamverdilər kənd Mədəniyyət Klubuna gəlmiş kənd sakini Həsənalı Quliyev orada işləyən həmkəndlisi Validə Tağıyevaya münaqişə zəminində bıçaqla xəsarət yetirib. V.Tağıyeva hadisə yerində ölüb.

H.Quliyev könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gəlib təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.