XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 16:03

AXCP fəalı barəsində ibtidai istintaq yekunlaşıb

 AXCP fəalı barəsində ibtidai istintaq yekunlaşıb

AXCP Ali Məclisinin Rəyasət Heyətinin üzvü Asif Yusifli barəsində ibtidai istintaq yekunlaşıb. Yaxın günlərdə iş məhkəməyə göndəriləcək, bu barədə Turan-a onun vəkili Fəxrəddin Mehdiyev bildirib.

Xatırladaq ki, Yusifli noyabrın 25-də saxlanılıb və fırıldaqçılıqda və sənədlərin saxtalaşdırılmasında ittiham edilib. Həmin vaxtdan etibarən o, həbsdədir.
Yusifli vətəndaş Fəridə Zülfüqarovanın şikayəti əsasında həbs edilib. İstintaqın məlumatına görə, Yusifli “aldatmaq yolu ilə” 6500 manatı mənimsəyib.
Lakin Yusiflinin vəkili qeyd edib ki, özü fırıldaqçılıq qurbanı olub. İstintaq aparıldığı müddət ərzində o, Zülfüqarovaya verilmiş ziyanı tamamilə ödəyib və o, şikayətindən imtina edib.
Vəkil və Yusifli özü onun barəsində cinayət icraatına xitam verilməsi haqqında vəsatət hazırlayıblar.