XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2021 - 22:36

Gədəbəydə baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub

Gədəbəydə baş verən hadisənin təfərrüatları məlum olub.

1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Onun sözlərinə görə, kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov  tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /APA