XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 10:41

Azərbaycan gömrükçüləri 70 ədəd telefonu qaçaqmalçılıq yolu ölkəyə gətirilməsinin qarşısını alıb

mobil telefon

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiyadan Azərbaycana  gələn Azərbaycan vətəndaşının əl çantalarına Xaçmaz  Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib.

Baxış zamanı 3 ədəd əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd “Samsung Galaxy Ace 4 Neo” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.