XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 March 2021 - 21:54

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib- FOTO

Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlını beynəlxalq axtarışa verib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Bakı şəhərində doğulan, 26 yaşlı Malik Nəsrullayev terrorçuluqda və qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda təqsirli bilinir.

Rusiya məhkəməsi tərəfindən onunla bağlı qiyabi həbs qərarı çıxarılıb və barəsində dövlətlərarası axtarış elan edilib.