XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 18:01

Yalandan bomba xəbəri verən şəxs saxlanıldı –Baş Prokurorluqdan rəsmi məlumat

prokurorluq.jpg

Paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılıb.

Bu barədə Strateq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, aprelin 4-də saat 18:19-da naməlum şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən taksofondan Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq Faiq adlı tanışının Nəsimi rayonunda fəaliyyət göstərən “28 Mall” ticarət mərkəzinin “Bazarstore” mağazasına bomba qoyması barədə yalan məlumat verib:

"Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 216-cı ( terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".