XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 12:00

Bakıda iki marşrut avtobusu toqquşdu –1 nəfər öldü, 9 nəfər yaralandı (FOTOLAR)

avtobus-toqqusma

Bakıda avtobus qəzası baş verib. 

Hadisə Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Nizami Rayon Polis İdarəsindən bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb(APA).

*****

Səhiyyə Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb.

Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.

Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.