XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

08 Aprel 2016 - 15:32

Bakıda ağır qəza törədən avtobus sürücüsü tutuldu –Baş Prokurorluq

prokurorluq.jpg

Bu gün saat 10:39-da Nizami rayonu ərazisində 103 saylı marşrut xəttinin sürücüsünün törətdiyi qəza ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi ilə şəhər prokurorluğu birgə məlumat yayıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, 1988-ci il təvəllüdlü Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı 90 OG 171 dövlət nömrə nişanlı avtobusla həmin vaxt yolu keçən piyada 1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub:

"Daha sonra hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü 1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşmuşdur. Sonuncu idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində piyada S.Jitova aldığı xəsarətlərdən hadisə yerində ölmüş, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilmişlər.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü ( yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır".

Məlumatda qeyd olunur ki, keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Dünyamalı Rzayev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.