XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 20:18

Dəm qazı iki nəfərinhəyatına son qoydu

qaz

Şəkidə bu gün saat 15 radələrində faciəli hadisə baş verib.

Şəki Şəhər Rayon Polis Şöbəsinə Şəki şəhəri Mahmud Əliyev keçəsindəki fərdi yaşayış evlərinin birində iki meyit aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə hüquq-mühafizəorqanlarının əməkdaşları və Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası gəlib.

Aparılan müayinə zamanı hər iki şəxsin vanna otağında dəm qazından boğularaq ölmələri müəyyən edilib. Araşdırma zamanı dəm qazından boğulub ölən şəxslərin Bakı şəhəri Xətai rayon sakini, 24 yaşlı Xudafər Abışov və Oğuz rayonu Xaçmaz kənd sakini, 25 yaşlı Gülşən Tehran qızı Ağayeva olmaları məlum olub.

Həmin şəxslər evi kirayəyə götürüblərmiş. Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır. (APA)