XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 17:45

Rövşən Lənkəranskinin şübhəli bilindiyi cinayət işi bağlandı

Rusiyada “qanuni oğru” Ded Xasanın qətli ilə bağlı açılan cinayət işi dayandırılıb. Bu barədə “İnterfax” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verir.

Bildirilir ki, cinayət işi dayandırılsa da, cinayətkarların axtarışı davam etdirilir.

“İstintaq qanunla nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirib, lakin bu, heç bir nəticə verməyib. İstintaq işinin başlanmasından iki ötdükdən sonra müstəntiq cinayət prosessual kodeksə müvafiq olaraq təhqiqatı dayandırıb”, – deyə mənbə bildirib.

Qeyd edək ki, 2013-cü ilin yanvarında kriminal aləmdə söz sahiblərindən biri kimi tanınan Ded Xasan Moskvada “Starıy fayton” restorandan çıxarkən snayper tərəfindən vuralaraq qətlə yetirilib.

Onu da bildirək ki, kriminal aləmdə Ded Xasanın ölümündə Rövşən Lənkəranski şübhəli sayılırdı (Anspress).