XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 11:44

Bakıda 6 saata 500 sürücü cərimələndi – VİDEO

Bu gün səhər saat 08:00-dan başlayaraq paytaxt qadağan olunmuş xətt üzrə hərəkət edən avtomobillərin qeydiyyatına başlanılıb.

Strateq.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə bu saatlara qədər qayda pozan 500-dən çox sürücü barəsində protokol hazırlanıb. Qeydə alınan qayda pozuntuları sənədləşdirilir və sürücülərin ünvanlarına göndərilir. Sənədləri aldıqdan sonra sürücülər geci 5 gün ərzində cərimələri ödəməlidirlər.
“Qoyulan qanunlara əməl olunmalıdır. Bu zarafat deyil. Bütün sürücülər həm öz mədəniyyətlərini, həm də paytaxta gələn turistlərə Azərbaycanda yol hərəkəti mədəniyyətini nümayiş etdirəcəklər. Buna görə də, sürücülər həm artıq xərcə düşməmək, həm də yüksək mədəniyyət nümayiş etdirmək üçün qanuna əməl etməlidirlər”.