XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 Mart 2015 - 10:59

Maştağada 40 minlik fırıldaq

İki il öncə Maştağa qəsəbəsinin su borularının dəyişdirilməsi üçün təxminən 40 min manat pul ayrılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2013-cü ilin iyun ayında Vidadi və Abuzər adlı iş icraçıları Bakı şəhər sakini, Tikinti Mexanikləşdirmə ASC-nin sədri 1958-ci il təvəllüdlü Tağı Zeynalabdin oğlu Mirzəyevdən Maştağa qəsəbəsinin su borularının yenilənməsi üçün 39 min 556 manat pul alıb.

Lakin adı çəkilən şəxslər ötən iki il ərzində öhdəliklərinə götürdükləri işi görməyiblər.

İş üzrə Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.