XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

12 Aprel 2016 - 16:16

12 min ədəd xarici siqaret keçirmək istədi- Gömrükdə saxlanıldı

gomruk.jpg

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən 12 min ədəd xarici markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.