XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2015 - 15:14

Nemtsovun qatilinin adı çəkildi – Delimxanov

Nemtsovun qatilinin adı çəkildi - Delimxanov

Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun fevralı 27-də Moskvanın mərkəzində öldürülməsi ilə bağlı yeni informasiya yayılıb. Yeni məlumat qətlin sifarişçilərinin və icraçılarının adıyla bağlıdır.
Kavkazcenter.com. saytı yazır ki, Nemtsovu Kadırovun kuzeni və şəxsi cəlladı Adam Delimxanov öldürtdürüb.
Qeyd olunur ki, bu, onun törətdiyi ilk qətl hadisəsi deyil, Delimxanov bundan əvvəl Ramzan Kadırovun dostu, “Dağlı” ləqəbli Mövladi Baysarovu Moskvada rusiyalı polislərin gözü qabağında öldürüb. Daha sonra o, Dubayda Sulim Yamadayevin qətlini təşkil edib (bu barədə vaxtilə Sulimin qardaşı İsa da Rusiya mediasına geniş açıqlamalar verib), 2008-ci ildə isə Yamadayevlərin böyük qardaşını Moskvada güllələtdirib.
Sayt qeyd edir ki, bu, sadəcə şayiə və ya informasiya sızıntısı deyil, çeçenistanda hər kəs bu barədə bilir və müxtəlif toplantılarda baş verən hadisələrin detallarını sərbəst şəkildə müzakirə edirlər. Bu cür söhbətlərdə ən məxfi sirlər belə danışılır.
Məqalədə qeyd olunur ki, Adam Delimxanovun muzdlu qatilinin təhlükəsizliyini təmin etmək üçün Moskvada qrup fəaliyyət göstərir. Onlar Moskvadan çıxmayıblar və ötən həftənin bazar günü “uğurlu əməliyyat” keçirmələri münasibəti ilə gizli mənzillərdən birində ziyafət təşkil ediblər.
Belə bir məlumat da var ki, həmin qatillər heç vaxt çeçenistanda olmurlar və daimi olaraq Moskvada yaşayırlar. Bu qrup qətli törətməzdən qabaq geniş və sərbəst hərəkət azadlığı qazanıblar: qətl yeri öncədən polislərdən və müşahidə kameralarından təmizlənib.
Sayt qeyd edir ki, qətl yerinin seçilməsi də təsadüfi deyil. Qətlin Kremlin yaxınlığında baş verməsi belə bir mülahizə doğurur ki, hökumət heç də axmaq deyil ki, özünü əsas şübhəli yerinə qoysun. Bunun özü “alibi”dir. Bu halda “Nemtsovun qətli Kremlə sərfəli deyildi, hakimiyyətə qarşı təxribatdır” deyə kontr-iddia ilə çıxış etmək mümkündür və məlum olduğu kimi, qətldən dərhal sonra belə bir iddia səsləndi.
Bundan başqa, sayt yazır ki, çeçenistanda hər kəs hüquq müdafiəçisi Estemirovanın qatlinin Həmzət Edelgirovun olduğunu bilir, ancaq o da, onun “Dantes” ləqəbli killer əmisioğli da çeçenistanda sərbəst şəkildə gəzirlər. Estemirovanın qətlinin Yalxoy-Moxk kəndində həyata keçirildiyi də heç kəsə sirr deyil.