XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 19:20

Moskvada polisi öldürən azərbaycanlı həbs edildi

azerb moskva.jpg

Moskvanın çertanov məhkəməsi polis əməkdaşı Andrey Bannovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Nemət Rəşidovun həbsi barədə vəsatəti təmin edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə hakim bildirib.

“Nemət Rəşidov barəsində iki ay müddətinə, yəni iyulun 27-dək, həbs qətimkan tədbiri seçilsin”, deyə hakim bildirib. Müttəhim həbsi ilə bağlı heç bir etiraz bildirməyib.

Bundan əvvəl polis əməkdaşının qətlində şübhəli şəxs qismində saxlanılan Nemət Rəşidova ittiham təqdim edilmişdir.

Qeyd edək ki, mayın 27-də gecə saat 03.00 radələrində polis əməkdaşları içində ödəniş terminalını oğurlamaqda şübhəli bilinən şəxsin olduğu “Qazel” avtomobilini təqib ediblər.

Moskva dairəvi yolunun 24-cü kilometrliyində “Qazel” patrul avtomobilləri tərəfindən dayandırılıb. Lakin cinayətdə günahlandırılan şəxs meşəyə qaçıb. Onu yaxalamağa çalışan polis əməkdaşlarından biri azı 3 bıçaq yarası alaraq hadisə yerində keçinib.

Törətdiyi cinayətə görə Nemət Rəşidov 20 il həbs cəzasına məhkum edilə bilər.