XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

31 May 2015 - 20:13

Elçibəyin qardaşını aldadan tutuldu – İş adamı Almurad Əliyevə kələk gəlib
Eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə pul atan iş adamı Ələkbər Huseynov mayın 20-də Yasamal polisi tərəfindən saxlanılıb.
Strateq.az axar.az-a istinadən bildirir ki, iş adamı Ə.Hüseynov Bakıda hündürmərtəbəli bina inşa edən sahibkarlardan biridir. O, mərhum prezident Heydər Əliyev tərəfindən Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə hədiyyə edilmiş torpaq sahəsini Müzəffər Məmmədlinin (Almurad Əliyevin qohumu) etibarından sui-istifadə edərək alıb və ona vəd edilmiş əmlakları bir neçə adama satıb. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanan Ələkbər Huseynov bir müddət istintaqdan yayınmağa nail olsa da, mayın 20-də Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
Yasamal Rayon Məhkəməsinin hakimi İlahə Abbasova prokurorluğun Ələkbər Huseynov barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimatını rədd edərək, mayın 22-də onu azadlığa buraxıb. Lakin Yasamal Rayon Prokurorluğu tərəfindən İlahə Abbasovanın qərarı əsassız hesab edilib və ləğv edilməsi ilə bağlı protest verilib. İş adamının istintaq dövründə həbsdə saxlanılıb-saxlanılmaması sabah Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrliyi ilə keçiriləcək prosesdə müəyyənləşəcək.
Zərəçəkmiş şəxs Müzəffər Məmmədlinin nümayəndəsi hüquqşünas Səməd Vəkilov bildirib ki, Ələkbər Hüseynovun dələduzluq cinayətini törətməsi və istintaqdan yayınması halı açıq-aydın dəlillərlə ortadadır: “Şübhə etmirəm ki, sabah (bu gün-red.) ədalətli qərar çıxarılacaq”.