XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 14:52

Sərhəddən 636 qram civə keçirmək istədi –Saxlanıldı

1460798526382438390_1000x669

İnsan sağlamlığına və ətraf mühitə ciddi təhlükə törədən maddələrin qaçaqmalçılığının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirləri çərçivəsində gömrükçülər 636,14 qram civənin ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, xüsusi təhlükəli maddə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Qazaxıstan Respublikası vətəndaşından aşkar olunub. Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunda piyada yolla ölkəmizə gələn həmin şəxsin əl yükü olan 1 ədəd çantaya “Heiman Smith” markalı rentgen aparatında gömrük baxışı keçirilib.

Çantadakı konfetlərin arasında şübhəli qaraltılar müşahidə olunduğundan yüklər qanunvericiliyin tələbləri çərçivəsində yoxlanılıb. Yoxlama zamanı çantadakı konfetlərin qablaşdırıldığı kağızlara bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən 3 ədəd flakonda çəkiləri 216,65 qram, 211,32 qram və 208,17 qram olmaqla, ümumilikdə çəkisi 636,14 qram olan civə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.