Biləsuvarda bir nəfər su kanalında batıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, nazirliyin Muğan Regional Mərkəzinə Biləsuvar rayonu, Səmədabad kəndi ərazisindən keçən su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.