XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 12:45

Türkiyədə növbəti kütləvi həbslər –100 "Gülənçi" saxlandı

gulen

Türkiyənin 9 əyalətində antihökumət fəaliyyətində ittiham edilən müxalif Fətullah Gülənin təşkilatına maliyyə yardımı ilə bağlı aparılan təhqiqat çərçivəsində kütləvi həbslər aparılıb.

Strateq.az Anadolu agentliyinə istinadən bildirir ki, 100 nəfər saxlanılıb. Onların içində Gülənin silahdaşlarının təsis etdiyi və keçən ilin mayında dövlətin nəzarətinə keçirilmiş böyük AsyaBankın əməkdaşları da var.

Həmçinin bir neçə iş adamı da həbs edilib.

Prokurorluq hesab edir ki, bu adamlar Gülənin təşkilatına 2004-2015-ci illərdə 13 milyon dollar yardım etməkdə təqsirlidirlər.