XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 21:16

Zərrabın «dosyesinə» yeni iddia əlavə olundu- 3 ölkənin adı keçir

zerrab

Bir müddət əvvəl ABŞ-da həbs olunan türk iş adamı Rza Zərrabla bağlı cinayət işinə yeni iddia əlavə olunub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, işə daha üç ölkə cəlb olunub. Bunlar ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyədir. Bu o deməkdir ki, artıq istintaq adıçəkilən ölkələrdən zəruri hesab etdiyi məlumat və sənədləri tələb etmək hüququna malikdir. 

Maraqlıdır ki, prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla Türkiyə rəsmiləri Zərrabla bağlı son açıqlamalarında məsələnin onlara aidiyyətinin olmadığını bəyan edirdilər.   

«Çirkli pulların yuyulması», ABŞ əleyhinə və İranın lehinə «embarqo»ların yarılması da daxil olmaqla 5 ayrı maddə üzrə ittiham olunan Zərrab 75 il azadlıqdan məhrum oluna bilər.

İttiham aktında işlə əlaqəsi olan daha 6 nəfərin adı çəkilir. Lakin Zərrabın həbsinə sanksiya verən Nyu-York Cənub dairəsi federal prokuroru Prit Bharara hələ ki bu adların qapalı qalmasına qərar verib.