XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 18:28

Əxlaqsız videolarla şantaj edərək pul tələb edənlərin cəzası dəyişmədi

hakim-500x281

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Əlizamin Abıyev və Emin Allahverənovun apellyasiya şikayət üzrə qərar elan edilib. Strateq.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik ediyi kollegiyanın qərarına əsasən, şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, Emin Allahverənov gəlir əldə etmək məqsədilə Sumqayıt şəhərində kirayələdiyi mənzildə istintaqa məlum olmayan tanışı olan qadını müxtəlif kişilərlə görüşdürmək üçün əxlaqsızlıq yuvası təşkil edib. O, həmin qadının adı ilə “Odnoklassnik”də müştərilərlə əlaqə saxlayıb. Sosial şəbəkədə qadın Göygöl rayon sakini Ramil İsmayılovla tanış olub. E.Allahverənov həmin şəxslərin görüşünü təşkil edib və bunu kompüterin videokamerası ilə gizlicə lentə alıb. O, hadisədən bir qədər sonra qrupun digər üzvü Ə.Abıyevlə birlikdə R.İsmayılova hədə-qorxu gələrək ondan pul tələb edib. Əks halda videogörüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yayacaqları ilə hədələyiblər.

Hər iki şəxsin hədələrindən bezən R.İsmayılov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. 2014-cü il iyul ayının 3-də E.Allahverənovla Ə.Abıyev R.İsmayılovdan 600 manat alarkən idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Abıyev 7 il, E.Allahverənov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Aruz