XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 18:33

Sərnişini bıçaqlayan sürücüyə 6 il həbs cəzası

Ramella Allahverdiyeva

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt sakini Mürsəl Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və hökm oxunub.  

Strateq.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyanın hökmünə əsasən, Mürsəl Quliyevin bundan əvvəl törətdiyi cinayət əməllinin cəzasında ödənilməyən 6 ay cəza da üstünə gəlməklə ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə keçən il noyabrın 9-da Sumqayıt avtovağzalının yaxınlığında baş verib. Mikravtobus sürücüsü olan Mürsəl Quliyev sərnişini Şahin Əliyev arasında mübahisə düşüb və bir-birilərinə xoşagəlməz sözlər deyiblər.

Mürsəl Quliyev sərnişini bıçaqlayıb və ona qarşı qəsdən sağlamlığa ağır zərbə vurma maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Mürsəl Quliyev 2014-cü il Sabunçu məhkəməsinin hökmü ilə 2 il 6 ay şərti cəza alıb.

Aruz