XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

09 Mart 2015 - 11:04

Bakıda sərnişin avtobusu qəza törətdi: yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, Badamdar qəsəbəsində avtobus maşınla toqquşub.

Belə ki, sürücüsü hələlik məlum olmayan 86 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “Kia” markalı avtomobil toqquşub. Qəzadan sonra avtobusun sürücüsü hadisə yerindən qaçıb.

Qəza nəticəsində “Kia” markalı avtomobilin sürücüsü yaralanıb. Avtobusda olan sərnişinlərdən bir nəfər də yüngülcə yaralanıb. Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.