XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

22 Aprel 2016 - 17:48

Müdafiə nazirinin sabiq müavininə ağır cəza –Məhkəmə qərarı

mehman-selimov

Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında M. Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.