XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

25 Aprel 2016 - 15:16

Bankda baş verən partlayış –DİN açıqlama yaydı

DIN

Ötən gün Bakıda "Xalqbank"da baş verən partlayışın təfərrüatları məlum olub.

Strateq.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən banklardan birinə məxsus ümumi sahəsi 80 kv/m olan nasosxanada qeydə alınıb.

Partlayış nəticəsində 40 kv/m ərazi uçub. Hadisə zamanı ərazidən keçən Bakı şəhər sakinləri – Gülxar Quliyeva, Namiq Səmədov və Əli Babayev xəsarət alıblar. Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib.

Nazirlikdən həmçinin bildirilib ki, baş verən partlayış nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib, bir gözəllik salonu, bir aptek və bir evin pəncərələri sınıb.

Faktla bağlı araşdırma aparılır.