XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 Mart 2015 - 15:47

Xalq artistinin keçmiş ərinin evində qətl – FOTO

Martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verən qətlin təfərrüatları məlum olub.

Strateq.az “Report”a istinadən xəbər verir ki, qətl Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində baş verib.

Belə ki, qətlə yetirilən Sabir Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Yelena Maxrova X. İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Maxrova tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.