XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 08:25

Bakıda ilanla fala baxan ekstrasens axtarışa verildi
Bakıda ilanla fala baxan ekstrasens axtarışa verildi
Paytaxtda məşhur ekstrasens dələduzluq etdiyinə görə axtarışa verilib.
“Report”un məlumatına görə, ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir. Onunla bağlı artıq iki nəfər zərərçəkən qismində Səbayel Rayon Polis İdarəsinə şikayət edib.
T.Salamova istintaqdan yayınaraq ifadə verməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilib.
Qeyd edək ki, T.Salamova “Lider” TV-də yayımlanan “Ekstra Hiss” yarışmasının qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb.
Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir.
O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.