XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 14:59

Ermənilər Ağdamda daha iki nəfəri yaralayıb –FOTO

avtomat-silah

Aprelin 28-də erməni silahlı birləşmələrinin Ağdamı ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Strateq.az trend-ə istinadən bildirir ki, bunlar Çəmənli kənd sakinləri 1967-ci il təvəllüdlü Məmmədov Adil Muslu oğlu, 1996-cı il təvəllüdlü Qaraşova Şəbnəm Səyyad qızı və Məmmədov Elnurdur. Yaralılardan ikisi qəlpə yarası alıb.

Hazırda yaralıların vəziyyətləri sabitdir, həyati təhlükə yoxdur.